LANDMARK III

Landmark III, 22 mərtəbəli çoxməqsədli biznes mərkəzi 2010-cu ildə istifadəyə verilmişdir.

Binada ofis mərkəzləri və 5 ulduzlu Landmark Hotel yerləşir. Otelin qonaqları və Landmarkın üzvləri qapalı hovuz və günəşli terası olan Sağlamlıq Klubuna , 21-ci mərtəbədə yerləşən qonaq otağına giriş imkanı əldə edirlər. Bundan əlavə, binada konfrans mərkəzi, banket salonları, kinoteatr, yoga mərkəzi, 2 restoran və  lounge bar, 2 səviyyəli aşağı mərtəbəli avtomobil dayanacağı, 24/7 təhlükəsizlik xidməti və video müşahidə sistemi mövcudur.

Bina yüksək səviyyəli sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verir. Kompleksdə kirayəçilərin və qonaqların özlərini rahat və təhlükəsiz hiss etməyi üçün peşəkar işçi heyyəti vardır.

Müvafiq ofislər kirayəçilərin ehtiyacları əsasında müasir dizayn və əşyalarla təmin edilə bilər.